İran müdafiə naziri: `Səudiyyəni İraqın Səddam Hüseyn zamanındakı taleyi gözləyəcək`

Səudiyyə Ərəbistanı Yəməndəki əməliyyatda uğur əldə etməyəcək, o, qeyri-legitim hədəflərinə çata bilməyəcək.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada keçirilən təhlükəsizlik üzrə beynəlxalq konfransdakı çıxışında bildirib: “Səudiyyə Ərəbistanı ABŞ və sionistlərdən Yəməndəki əməliyyat üzrə “yaşıl işıq” aldıqdan sonra nəinki qeyri-legitim hədəflərinə çata biləcək, eyni zamanda öz tənəzzülü üçün şərait yaradacaq. Onları İraqın Səddam Hüseyn zamanındakı taleyi gözləyəcək."/
 

Google+ WhatsApp ok.ru