İran mediası Xocalı soyqırımından yazdı - FOTO

 Azərbaycan xalqının Qarabağ müharibəsi zamanı üzləşdiyi ən faciəvi hadisələrdən biri olan Xocalı soyqırımının 23-cü ildönümüdür. Bu faicə ilə əlaqədar olaraq bütün dünya ölkələrinin tanınımış media orqanlarında məqalələr və araşdırmalar dərc olunub.
Maide.az xəbər verir ki, qonşu İran İslam Respublikasının media orqanlarında da bu barədə geniş məqalələr yer alıb. İranın dövlət telekanalı olan İRİB-in rəsmi saytında araşdırmaçı jurnalist Qəhrəman Nurani "Xocalı faciəsi: 20-ci əsrin müsəlman soyqırımları sırasında" təhlil hazırlayıb.
O yazır: "Xocalı faciəsi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişənin acı hadisələrindən və 20-ci əsrdə müsəlmanlara qarşı törədilmiş genosid xarakterli tragediyalardan biridir. Bu acı hadisədə 613 nəfər şəhid, 487 nəfər əlil oldu və 1275 mülki şəxs, o sıradan yaşlı, uşaq və qadın Ermənistan qüvvələrinin əsirliyinə keçdi. Eyni zamanda, 150 nəfər itkin düşdü və bu günədək onların taleyi haqda heç bir xəbər yoxdur."
 
Qeyd edək ki, bundan əlavə "Qafqaz Mədəniyyət Mərkəzinin İnternet Qəzeti" olan Qafqaz.ir portalı, Beynəlxalq Səhər Kanalının internet portalı, "Aran" agentliyi, Aztabriz.irib.ir portalı, "Əhlibeyt Xəbər Agentliyi" - ABNA saytı, "Aran radiosu" - aran.irib.ir portalı da Xocalı soyqırımı ilə bağlı məlumatlar və şeir yayımlanıb.
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru