İran milli internet üçün işləri sürətləndirdi

İran Qərbdən asılılığı azaltmaq üçün milli internet layihəsini sürətləndirmək qərarı verib.
 
Maide.az xəbər verir ki, layihə çərçivəsində milli elektron poçt şəbəkəsi, axtarış sistemi və sosial media saytlarının da inkişaf etdirilməsi məqsədi güdür.
 
İran prezidenti Həsən Ruhani Kiber Ali Şurasının toplantısında milli internet işlərinin sürətləndirilməsini istəyib. Ruhani yaradılacaq milli internetə ölkənin ehtiyacı olduğunu deyib.
 
"Nöqsanları aradan qaldıraraq, bu şəbəkə tezliklə xalqın xidmətinə təqdim edilməlidir" deyən Ruhani, milli internet şəbəkəsinə sadə çıxışla yanaşı istifadəçilərin gözləntilərini, elmi və mədəni ehtiyaclarını ödəyən sistemlərə malik olmasının vacibliyini vurğulayıb.
 
Ruhani Rabitə və Texnologiya Nazirliyindən davam etdirilən işlərin hər bir mərhələsində şuranın məlumat verilməsini istəyib.

Google+ WhatsApp ok.ru