İranın Ərdəbil əyalətində qar yağdı, dərslər dayandı

İranın Ərdəbil əyalətində qar yağıb, bəzi şəhərlərdə qarın hündürlüyü 15 santimetrə çatıb.

Trend-in İranın İRNA agentliyinə istinadən məlumatına görə, ötən gecədən güclü qar yağması nəticəsində Ərdəbil, Nir, Nəmin, Meşginşəhr, Hir, Ərşəq və Lahrud şəhərlərində səhər növbəsində məktəblərdə dərslər dayanıb. Qar Ərdəbil şəhərində ağacların budaqlarının sınmasına səbəb olub.

Ərdəbil əyalətinin Azərbaycan sərhədlərinə yaxın Germi, Xalxal, Meşginşəhr, Əsalim və Rəzi istiqamətində yollar buz bağlayıb və avtomobillər yalnız zəncirlərin köməyi ilə hərəkət edirlər.

Ərdəbil əyalətinin qar yağan şəhərlərində havan tempuraturunun mənfi 10 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Maide.az-ın məlumatına görə, Meşginşəhr şəhərində qar elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bu şəhərdə də məktəblərdə dərs dayanıb. Elektrik enerjisi olmadığından çörək bişirən sexlərdə iş dayanıb, əhalinin çörəklə təmin edilməsində problemlər yaşanıb. /

 

Google+ WhatsApp ok.ru