İran nə qədər qaçqına qapılarını açıb? - Rəqəmlər açıqlandı

İran nə qədər qaçqına qapılarını açıb? - Rəqəmlər açıqlandı

-- qaçqınlarla bağlı məsələlərdə 35 ilə yaxındır İranla sıx əməkdaşlıq ediir...

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İran üzrə nümayəndəsi İrniya Kerniyak İranda 1 milyona yaxın qaçqının olduğunu açıqlayıb.
 
Maide.Az İRNA-ya istinadən xəbər verir ki, onların 950 min nəfəri əfqan, 50 min nəfəri isə iraqlıdır.
 
Onun sözlərinə görə, İrandakı qaçqınların 970 mini müxtəlif şəhərlərdə, 30 mini isə sığınacaqlarda yaşayır.
 
İrniya Kerniyak qaçqınlarla bağlı məsələlərdə 35 ilə yaxındır İranla sıx əməkdaşlıq edildiyini də vurğulayıb:
 
“Dövlətin dəstəyi 92 min nəfəri tam səhiyyə xidməti göstərilib. Onların təhsil məsələsinə dədiqqət ayrılır. Onlara İranda yaxşı təhsil verərək peşə sahibi olmalarına və ölkələrinə qayıdıb işləmək imkanına qovuşmaları üçün çalışırq”.

Google+ WhatsApp ok.ru