İranın Aviasiya Təşkilatı sədri: `Bakı və Məşhəd arasında aviareys tezliklə açılacaq`

Bakı-Məşhəd-Bakı aviareysi tezliklə açılacaq. Bunu APA-nın İran bürosuna açıqlamasında İranın Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.
 
Ə. Abidzadə deyib ki, İranın Aviasiya Təşkilatı aviareysin açılması ilə bağlı müvafiq işlər aparır: "Artıq hazırlıq işləri tamamlanmaq üzrədir. Düşünürəm ki, tezliklə aviareys açılacaq və biz iki ölkənin sərnişinlərinin qarşılıqlı səfərinin şahidi olacağıq".
 
Sədr əlavə edib ki, onun rəhbərlik etdiyi təşkilat Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır. "Biz bütün aviasiya şirkətlərimizə Azərbaycanla əlaqələri genişləndirməyi və Azərbaycana uçuşların sayını artırmağı məsləhət görmüşük. Həmin addımın Azərbaycan tərəfindən atılacağına da ümid edirik. Biz istənilən əməkdaşlığa hazırıq. Azərbaycan şirkətləri ilə işləməkdə maraqlıyıq", - deyə o qeyd edib.

Google+ WhatsApp ok.ru