İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcək

Maide.az xəbər verir ki, Xocalı soyqırımının 23-cü il dönümündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi də tədbir keçirəcək. 
 
Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 25-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzinə məxsus “Şəhriyar” mədniyyət evində  Azərbaycan xalqı və dövləti ilə həmdərdlik nümayiş etdirərək Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş mərasim keçiriləcək. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş teatr və müxtəlif proqramlar nümayiş ediləcək. 
Anım mərasimində iki ölkənin rəsmi şəxsləri iştirak edəcəklər. 
 

Google+ WhatsApp ok.ru