İranın Azərbaycandakı sabiq səfiri: `Azərbaycanın İsrail rejiminin rəsmilərinə səfər etmələri üçün icazə verməsini gözləmirdik`

İranın Azərbaycandakı sabiq səfiri: `Azərbaycanın İsrail rejiminin rəsmilərinə səfər etmələri üçün icazə verməsini gözləmirdik`

İranın ölkəmizdəki sabiq səfiri Mohsin Pakayin hökumətin sionist İsrail rejiminin rəsmilərinə Azәrbaycana səfər etmələri üçün icazə verməsini gözləmәdiklərini deyib.
 
Deyerler.org xəbər verir ki, Mohsin Pakayin Tasnim Xəbər agentliyinə verdiyi müsahibəsində, sionist İsrail rejiminin baş naziri Netanyahunun Azərbaycana səfəri barədə danışıb: "Sionist rejiminin Azərbaycan və Qazaxıstana səfərində ilk hədəfi yalqızlıqdan çıxmaq cəhdidir. Sabiq səfir sionist İsrail rejiminin rəhbərlərinin İslam ölkələrinə səfər etmələrində məqsədlərindən birinin də, Fələstini işğal etmələrini və bu ölkənin xalqına qarşı fasiləsiz cinayətlərini ört-basdır etmək səyləri olduğunu vurğulayıb.
 
"Netanyahunun bu kimi səfərlərə ehtiyacının olduğu üçün Azərbaycan Respublikasının Müstəqillik günündə bu il Azərbaycana səfər edəcəyini dedi. Əsli-həqiqəti desək, bu səfəri Azərbaycan hökumətinə məcbur etdi və sionist İsrail rejiminin mətbuatı da 2 ay əvvəl bu səfərin xəbərini mütəmadi yayaraq, İsrail rejimini tənhalıqdan çıxarmaq layihəsini həyata keçirirlər".
 
Mohsin Pakayin Netanyahunun bu səfərində digər bir hədəfinin isə İran və Azərbaycan münasibətlərinə zərər vurmaq olduğunu bildirib: "Son illərdə Tehran və Bakı münasibətləri misli görünməmiş bir səviyyəyə çatdı və bu məsələ sionist İsrail rejimini həddindən artıq narahat etdi. Beləliklə, Netanyahu bu səfər sayəsində, Bakı və Tehran münasibətlərindəki müsbət inkişafa zərər vurmaq istəyir".
 
Sabiq səfir Azərbaycan Respublikasının sionist İsrail rejiminin rəsmilərinə ölkəyə səyahət etmələrinə dair verdiyi icazə barəsində isə belə danışıb: "Biz də Azərbaycan Respublikasının həmin səfərə razılıq verməsinə görə təəccübləndik. Çünki Azərbaycan İslam cəmiyyətinə üzv olan bir ölkə kimi, İsrail rejimini tənhalıqdan çıxaracaq, hər hansı bir hərəkətdən çəkinmək barədə nail olunan birgə qərardan ötrü bu təşəbbüsü göstərməməliydi. Digər tərəfdən Azərbaycan Respublikasının müsəlman xalqı işğalçı sionist rejimdən nifrət edir. Təbii ki, bu məsələ ölkənin yüksək rəsmilərinin xalq tərəfindən tənqid edilməsinə yol açacaqdır. Həmçinin Azərbaycanın işğaldan əziyyət çəkmiş bir ölkə kimi işğalçı rejimi qəbul etməsi son dərəcə təəccüblüdür".
 
Pakayin "Azərbaycan və İsrail rejiminin münasibətləri strateji bir əlaqəyə çevrilə bilərmi?" sualına isə belə cavab verib: "Hesab edirəm ki, heç bir müsəlman ölkəsi sionist İsrail rejimilə strateji əlaqə qura bilməz, çünki bu rejim İslam dünyasının təhlükəsizliyi üçün ən böyük təhdiddir. Müsəlmanların ilk qibləsini işğal edən və hər gün müsəlmanlara qarşı yeni cinayətlərin törədilməsi səbəbilə Bakı və Təl-Əviv münasibətləri də strateji bir əlaqəyə çevrilə bilməz. Həmçinin strateji əlaqə işğalı rəsmi olaraq tanımaq mənasına gəlir və Azərbaycan Respublikası İslam ölkələrinin işğal edilməsinin əleyhinə olan bir ölkə kimi, sionist İsrail rejiminin strateji bir dostu ola bilməz".
 
Sabiq səfir açıqlamasını daha sonra, belə davam edib: "Netanyahunun səfəri uğursuzluğa məhkumdur. Bu səfərin edəcəyi yeganə məsələ bir müddət üçün sionist KİV-lərinə xəbər materialı tapmaqdır. Dünya ölkələri və xüsusilə İslam ölkələri sionist İsrail rejimindən nifrət edir və bu rejim müsəlman ölkələrinə bir iki səfər edərək, tənhalıqdan çıxa bilməz".
 
Pakayin müsahibəsinin sonunda yenə İran və Azərbaycan münasibətlərinə toxunub və müsahibəsini belə yekunlaşdırıb: "Tehran və Bakı münasibətlərinə zərər vurmaq üçün təşkil olunan bu səfərin, məqsədinə nail olmayacağını bilirəm. Çünki bu münasibət son dərəcə güclüdür, İran və Azərbaycan rəsmiləri dəyanətlərilə bu əlaqənin zərər görməsinə icazə verməyəcək. Azərbaycan Respublikası sionist İsrail rejiminin sadiq bir rejim olmadığını bundan əvvəl də görüb. Ümid edirəm ki, bu səfərdə İsrail rejiminə Azərbaycanla olan əlaqəsindən istifadə etməsinə icazə verməz".

Google+ WhatsApp ok.ru