İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

İranın Bakıdakı səfirliyi ikinci Qarabağ müharibəsinin şəhidlərinin anım günü ilə bağlı Azərbaycana başsağlığı verib.
 
SalamNews xəbər verir ki, İran səfirliyi bu barədə rəsmi tvitter səhifəsi vasitəsilə bəyanat verib.
 
Bəyanatda deyilir:
 
“İran İslam Respublikasının Bakıdakı səfirliyi, İran milləti və hökumətinin başsağlığını dost və qardaş Azərbaycan Respublikası xalqına, hökumətinə və həyatlarını qurban verən 2,783 azərbaycanlı şəhid ailələrinə çatdırır və onları rəhmətlə yad edir.”
 
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi ötən gün verdiyi bəyanatda ikinci Qarabağ müharibəsi zamanı 2,783 hərbçinin şəhid olduğunu və 100-dən çoxunun itkin düşdüyünü bildirib.
 
Bu gün ölkə miqyasında həmin şəhidlərin xatirəsi anılıb, ölkənin bır sıra məscidlərində onlara dua edilib.

Google+ WhatsApp ok.ru