İranın bir neçə şəhərində Xanım Rüqəyya (s.ə) süfrəsi açıldı - FOTO

İranın bir neçə şəhərində Xanım Rüqəyya (s.ə) süfrəsi açıldı - FOTO

Xəbər verdiyimiz kimi, səfər ayının 5-i Həzrət İmam Hüseynin (ə) 3 yaşında şəhid olmuş qızı Həzrət Rüqəyyənin (s.ə) şəhadət günüdür.
 
Maide.Az “Mehr” saytına istinadla xəbər verir ki, bu münasibətlə İranın paytaxtı Tehran, Rəşt və Məşhəd şəhərlərində İmam Hüseynin (ə) Şam xarabalığında şəhid olan 3 yaşlı qızı Həzrət Rüqəyya (s.ə) üçün anım mərasimləri keçirilib.
 
Tehranın İmam Hüseyn (ə) adına meydanında gigiyena qaydalarına uyğun olaraq keçirilən mərasimə analar və 3-7 yaş arası uşaqlar qatılıb.
 
Rəşt şəhərində də İmam Hüseyn (ə)  adına olan meydanda  oxşar məclis təşkil olunub. 
 
Sözügedən matəm məclisləri artıq bir neçə ildir ki, təşkil olunur. Mərasim üçün tikan, qızıl gül və çıraqlarla Şam xarabalığına bənzədilmiş Xanım Rüqəyya (s.ə) süfrəsi açılıb.
 
Matəm süfrəsinin ətrafına balaca Rüqəyyələr cəm olub. Matəm məclisində nohələr və mərsiyələr oxunub, əzadarlıq edilib.
 
Fotoları təqdim edirik: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru