İranın Dehloran rayonunda minanın partlaması 3 nəfərin həyatına son qoyub

Maide.az-ın məlumatına görə, İranın Dehloran rayonununda mina partlayıb. Rayonun valisi deyib Ümidəli Səbzəli deyib ki, "Dehloran İlam vilayətinin sərhədyanı rayonlarından biridir, müharibə zamanı bu regionda İraq ordusu tərəfindən çoxlu mina basıdırlıb, lakin ərazilərin əhəmiyyətli hissəsi təmizlənib. Təəssüflər olsun ki, Musiyan qəsəbəsinin 4 nəfər əhalisi müharibə zamanından qalan qalıqları toplamaq üçün Rəbut rayonuna yollanıblar və pərakəndə basdırılan minaların işə düşməsi nəticəsində 3 nəfər ölüb, bir nəfər isə xəsarət alıb."
Bu ilin fevral ayında da Mehran rayonunun Kocançəm qəsəbəsində yerləşən orta məktəbin 5 şagirdi məktəbdən qayıdarkən minaya düşmüşdü.

Google+ WhatsApp ok.ru