İran neft-qaz hasilatını artırmaq üçün 140 mlrd. dollar investisiya yatıracaq 11 İyul 2017 01:00 Dünya İranın neft-qaz sənayesinin inkişafı proqramı 2022-ci ilə qədər sutkalıq neft hasilatını 4,3 mln. barel, qaz hasilatını isə 1,3 mlrd. kubmetrə çatdırılmasına nail olmağı nəzərdə tutur. Bunu Dünya Neft Konqresində İranın Dövlət Neft və Qaz Şirkətinin (NIOC) direktorunun inkişaf və layihələndirmə üzrə müavini Rəza Deqan bildirib. Onun məlumatına görə, bu məqsədə çatmaq üçün 140 mlrd. dollar investisiya tələb olunur ki, bunun da 2/3-si xarici investisiyaların payına düşəcək. Reallaşdırmağa planlaşdırılan layihələr üzrə ümumi neft ehtiyatları 284 mlrd. barel, qaz ehtiyatları isə 60 trln. kubfut təşkil edir. OPEC tərəfindən dərc edilən məlumatlara görə, may ayında İran sutkada 3,795 mln. barel neft hasil edib. (apa) / Teqlər : #İran neftqaz hasilatını artırmaq üçün 140 mlrd. dollar investisiya yatıracaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya 30 ABŞ diplomatını ölkədən qovur Hakan Şükürə həbs qərarı çıxarıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO