İran neftlə bağlı vəziyyəti Səudiyyə Ərəbistanı ilə müzakirə etməyə hazırdır

Maide.az PressTV-yə istinadən xəbər verir ki, İranın neft naziri Bican Zanqane ölkəsinin Səudiyyə Ərəbistanı ilə beynəlxalq neft bazarlarındakı vəziyyəti müzakirə etməyə hazır olduğunu açıqlayıb: "Biz OPEK-ə üzv ölkələr, eləcə də, Səudiyyə Ərəbistanı ilə istənilən şəkildə əməkdaşlıq və dialoqu dəstəkləyirik. Bəzi Fars körfəzi ölkələri aşağı qiymətləri dəstəkləməklə iqtisadi fayda əldə etməyə çalışdıqlarını bəyan etdilər. Onların nail olmaq istədiyi qətiyyən iqtisad fayda üçün deyil. Möhkəm siyasi iradə olarsa, neftin qiyməti bir həftə ərzində tarazlaşar.".
 
Nazirin sözlərinə görə, heç bir neft istehsalçısı xammalın hazırkı qiymətlərindən fərəh hissi keçirmir, çünki bu tədarükçülərə uzunmüddətli perspektivdə ziyan vuracaq.

Google+ WhatsApp ok.ru