İranın iki universiteti dünyanın ən yaxşı universitetləri sırasında

İranın iki universiteti dünyanın ən yaxşı universitetləri sırasında

İranın Şərif Texniki Universiteti ilə Tehran Universiteti dünyanın ən yaxşı universitetləri arasında daxil olub.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, mərkəzi Böyük Britaniyada yerləşən Quacquarelli Symonds (QS) təşkilatı 2018-ci il üçün dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. QS-in etdiyi qiymətləndirmədə İranın Şərif Texniki Universiteti 471-480 və Tehran Universiteti də 601-650 balla dünyanın ən yaxşı universitetlərinin siyahısında yer alıb.
QS təşkilatının dünyanın ən yaxşı universitetləri siyahısında ABŞ-ın Massaçusets Texnoloji İnstitutu siyahının birinci pilləsində qərar tutub.
Bu siyahıda Türkiyədən də 11 universitet ən yaxşı universitetlər siyahısında yer alıb.
 
 

Google+ WhatsApp ok.ru