İranın şimal-qərbində zəlzələ baş verib, 8 nəfər xəsarət alıb

İranın şimal-qərbində zəlzələ baş verib, 8 nəfər xəsarət alıb

Zəlzələ yerli vaxtla saat 03.44-də Şərqi Azərbaycan vilayətində baş verib
 
İranın şimal-qərbində bu gecə baş verən 4,9 bal gücündə zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. 
 
Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 03.44-də Şərqi Azərbaycan vilayətində, vilayət mərkəzi Təbrizdən təqribən 100 km aralıda baş verib.
 
Vilayətin Antiböhran İdarəetmə Mərkəzinin direktoru Xəlil Saeinin sözlərinə görə, zəlzələ nəticəsində bir çox bina dağılıb. Hadisə yerində xilasetmə qrupları çalışır. (report) /

Google+ WhatsApp ok.ru