İranın iqtisadiyyat naziri neftdən asılılığın azalmasını vurğulayıb

İranın iqtisadiyyat və maliyyə işləri naziri neft gəlirlərinə söykənmənin azalması və vergi və gömrük gəlirləri və dövlət paylarının faizinin artırılmasından xəbər verib.
 
Maide.az-ın məlumatına görə, İranın iqtisadiyyat və maliyyə işləri naziri Əli Təyybniya dünən axşam İranın qərbində yerləşən Kermanşah vilayətinin idarə şurasında bu vilayətin universitet və iqtisadi fəllarının qarşısında deyib ki, İran dövlətinin 2014-cü ildəki gömrük gəliri 65%, vergi gəliri də 41% çox olub.
 
Təyybniya vurğulayıb ki, bu il İranın iqtisadi rövnəqi ilidir və gömrük daxili istehsalın gücləndirilməsi hədəfi ilə istiqamətləndirilir. 
 
İranın iqtisadiyyat və maliyyə işləri naziri sonra deyib: "İnflyasiya və durğunluq kimi iki problemin bir-birini müşayiət etməsi, mənfi iqtisadi inkişa və neft iqtisadiyyatından asılılıq azalmaqdadır və müqavimət iqtisadiyyatı qeyri-neft maliyyə mənbələri söykənmə, eləcə də istehsal keyfiyyətinin yüksəlidilməsi və məhsuldarlığın artmasına əsaslanacaq."

Google+ WhatsApp ok.ru