İranın iqtisadiyyat və maliyyə nazirinin Azərbaycana səfərinin vaxtı açıqlanıb

İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyanın Bakıya səfərinin vaxtı açıqlanıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Ə.Təyyibniya Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəsmi dəvəti ilə Bakıya yanvarın 28-də səfər edəcək.
Səfər zamanı tərəflər arasında iqtisadi əlaqələrin inkişafı məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, bundan öncə iranlı nazirin yanvarın üçüncü ongünlüyündə Bakıya səfər edəcəyi ilə bağlı məlumat verilmişdi./

Google+ WhatsApp ok.ru