İranın ixtisaslaşmış biznes sərgisi- BAKIDA

İranın ixtisaslaşmış biznes sərgisi noyabr ayının 17-də saat 10:30-da "Bakı Expo Center"-də  keçiriləcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin biznes məsələləri üzrə müşaviri Seyid Fərəjulla Şəhidi Maide.az-a deyib.
Onun sözlərinə görə, “Bu sərgidə İranın 38 tanınmış şirkəti istehsal və ixracat məhsullarını üç gün müddətində təqdim edəcəkdir."
F.Şəhidi deyib ki, İranın ticarət, sənayə və mədən nazirinin müavini Cəfər Sərqəni və səfir Möhsün Pakayin bu sərginin açılış mərasimində iştirak edəcək.
Qeyd edək ki, sərgi çərçivəsində İran və Azərbaycan iqtisadi iş adamlarının iştirakı ilə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə dair formun keçirilməsi də nəzərdə tutulur.
 Sərgidə Tehran, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Xuzestan, Xorasan Rəzəvi və s. əyalətlərdən şirkətlər məhsul və xidmətlərini nümayiş etdirəcək./

 

Google+ WhatsApp ok.ru