İranın müdafə naziri: Qərb xüsusi ilə Amerika  öz qanunsuz hərəkətləri ilə  dünyada sabitsizlik yaradır

İranın müdafə naziri: Qərb xüsusi ilə Amerika öz qanunsuz hərəkətləri ilə dünyada sabitsizlik yaradır

İranın müdafiə naziri Hüseyn Dehqan deyir ki, Qərb xüsusi ilə Amerika  öz qanunsuz hərəkətləri və beynəlxalq qanunları pozmaqla dünyanın müxtəlif bölgələrində sabitsizlik yaradıb. 
 
Maide.Az xəbər verir ki, H.Dehqan Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışında Amerika, İsrail, Britaniya və Səudiyyə Ərəbistanın təkfirçi terrorçuları dəstəkləməsini pisləyib və deyib ki, bu ölkələr Yaxın Şərq regionunda böhranın davamlı qalmasında maraqlıdır. 
 
H.Dehqan deyib ki, amerikalılar yeni doktorina və “təhlükəsizliyin ticariləşdirilməsi” siyasətini yürütməklə “beynəlxalq faşizmin” yeni formasını sərgiləyir və beynəlxalq sistemdə öz gələcək rolunu möhkəmləndirir. “Bu siyasətin nəticəsində mövhumat və yalançı təhlükələr yaradır, özünün regionda və regiondan kənar müttəfiqləri ilə iş bölgüsü aparır və digərlərindən xüsusi ilə İran, Çin və Rusiyadan qorxunu aşılamağa çalışır. Bununla  istəyir ki, özünə müttəfiq olan ölkələrin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Amerikanın hərbi müdaxiləsi və iştirakı yozsun və regionun sərvətini qarət etsin”.
 
H.Dehqan deyib ki, dünyanın yeni təhlükəsizlik sistemi terrorizm, ifratçılıq, zorakılıqla müştərək mübarizə əsasında, eləcə də ölkələrin milli hakimiyyətinə hörmətlə yanaşamaq, ölkələrin daxili işlərinə müdaxilə etməmək, əsasında qurulmalıdır. Konstraktiv danışıqlar aparılmalı, silah əvəzinə məntiqdən istifadə olunmalıdır. Region daxilin bağlar yaratmaq və gücləndirmək lazımdır. “İran İslam Respublikası ciddi əzmkarlıq, özünün insani və humanitar məsuliyyət hissi ilə Suriya, İraqın qanuni hökumətlərini və Yəmən xalqının istəyi ilə bu xalqı dəstəkləyir. Bütün bölgələrdə terrorçu və təkfirçi qruplaşmalarla həlledici mübarizə aparır. Düşünürük ki, İraq, Suriya, Yəmən və digər bölgələrdəki böhranların həll yolu həbri yol deyil, bəlkə heç bir xarici müdafxilə olmadan daxili müzakirələrin aparılması ilədir. Biz  terrorçu hərəkatlarla mübarizədə sona kimi Rusiya kimi güclü ölkələr ilə əməkdaşlıq edəcəyik”. /

Google+ WhatsApp ok.ru