İranın müdafiə naziri:  Amerikalılar yaxşı olar bölgəni tərk etsin və  region ölkələri üçün narahatlıq yaratmasın

İranın müdafiə naziri: Amerikalılar yaxşı olar bölgəni tərk etsin və region ölkələri üçün narahatlıq yaratmasın

2Amerikalıların Fars Körfəzində nə işi var? Yaxşı olar onlar bölgəni tərk etsin və region ölkələri üçün narahatlıq yaratmasın".  
 
Bu sözləri İranın müdafiə naziri general Hüseyn Dehqan ABŞ resmilərinin “İran region üçün təhlükədir” sözlərinə cavab olaraq deyib. 
 
Maide.Az "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, H.Dehqan deyib ki, “Harda görülüb silahlı, nadan bir oğru başqasının evinə girsin və ev sahibinin onun üçün qırmızı xalça sərməsini gözləsin? Bu 21-ci əsrin müasir cəhalətdir”.
 
Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı general Cozef Votel deyib ki, İran ABŞ üçün ən böyük təhlükələrdən biridir və gərək hərbi vasitələrlə İranın fəaliyyətlərinin qarşısı alınsın. 
 
Amerikalı general deyib ki, İran bütün bölgənin sabitliyi üçün “uzunmüddətli və ən böyük təhlükədir”.
 
O həmçinin qeyd edib ki, biz elə etməliyk ki, İran fəaliyyətlərinə görə cavab verməyə məcbur olsun.

Google+ WhatsApp ok.ru