İranın neft tankeri ilə İsveçrənin konteyner daşıyan gəmisi toqquşub - FOTO

İranın neft tankeri ilə İsveçrənin konteyner daşıyan gəmisi toqquşub - FOTO

İran böyük neft tankeri İsveçrənin konteyner daşıyan gəmisi ilə Sinqapur boğazında toqquşub. 
 
Maide.Az xəbər verir ki, Sinqapur Limanlar və Gəmiçilik Təşkilatı elan edib ki, İranın “Drim2” neft tanker ilə  İsveçrənin  “MSS Aleksandra” konteyner gəmisi iki gün öncə Sinqapur boğazında toqquşub. Məlumat bu gün ictimaiyyətə açıqlanıb. 
 
Xəbərdə bildirilir ki, toqquşma nəticəsində hər iki gəmi ciddi xəsarət görüb, lakin ölən və yaralanan olmayıb. Sevindirici haldır ki, gəmilərin toqquşması nəticəsində ətraf mühitə ziyan dəyməyib. 
 
Qeyd edək ki, “Drim2” neft tanker İranın milli neft daşıma şirkətinə məxsusdur. Gəmi 319999 min ton yük daşıma gücünə malikdir.  “MSS Aleksandra” konteyner gəmisinin 396 metr uzunluğu və 13998 konteyner daşıma gücünə malikdir. 
 
Hazırda hər iki gəmi Sinqapur limanında təmir üçün dayanıb. (presstv)
 
 
 
 
 

Google+ WhatsApp ok.ru