İranın neft tankeri texniki nasazlığa görə Səudiyyə limanına yan alıb - YENİLƏNİB

İranın neft tankeri texniki nasazlığa görə Səudiyyə limanına yan alıb - YENİLƏNİB

 İranın Milli Neftdaşıma Şirkətinin (NİTC) bir tankeri Qırmızı Dənizdə üzən zaman texniki nasazlığa görə Səudiyyə Ərəbistanın Ciddə limanına yan almağa məcbur qalıb.
 
Bildirilib ki, Qırmızı dənizdən Suveyş kanalı istiqamətdə üzən İran tankeri matorxanaya suyun sızmasına görə problemlə üzləşib. Gəminin texniki heyəti yaxınlıqda olan Ciddə limanına yan almağı məsləhət görüblər.
 
***
Səudiyyə Ərəbistanı sahil mühafizəsi Qırmızı dənizdə Ciddə limanına yaxın qəzaya uğrayan İranın "Happiness 1" neft tankerin heyətinin üzvlərini xilas etdi.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, bu barədə ölkənin mətbuat agentliyi bildirir.
 
Tankerdə 26 heyət üzvü var idi. Onlardan 24-ü İran vətəndaşı, ikisi isə Banqladeş vətəndaşıdı. Onlardan heç biri xəsarət almayıb.
 
Xilasetmə əməliyyatı zamanı bir neçə qurumlar, o cümlədən təbiəti mühafizə xidmətləri iştirak ediblər.
 
 

Google+ WhatsApp ok.ru