İranın nüvə müzakirələri Avropada aparılacaq

İran xarici işlər naziri Cavad Zərif Rusiyalı həmkarı Sergey Lavrovla görüşündə nüvə müzakirələrinin növbəti mərhələsinin Avropada keçiriləcəyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, Zərif həmçinin bildirib ki, bu müzakirələrin harada və nə vaxt keçiriləcəyi barədə daha sonra açıqlama veriləcək.
 
Zərif son olaraq bildirib ki, "İran müzakirə fürsətini itirməyəcək. Qarşıdakı 2 ay çox əhəmiyyətlidir və bizi çətin fəaliyyətlər gözləyir".

Google+ WhatsApp ok.ru