İranın Qırmızı Aypara Cəmiyyəti BQXK-nin Yəmən qarşısındakı funksiyasını tənqid edib

İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin sədri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Qırmızı Aypara Cəmiyyətinin federasiya hakimlər heyətini müdafiəsiz yəmənlilərin bombardman edilməsinə etinasızlığa görə tənqid edib.
 
Maide.az-ın məlumatına görə, İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Seyid Əmir Möhsün Ziyayi Tehranda keçirilən Qırmızı Aypara və Media 2-ci Festivalının bağlanış mərasimində əxlaqsızlığı insan hüququnun qarşısındakı ən böyük problem adlandırıb və deyib ki, Ərəbistanın Yəmənə hücumu digər ölkələrin və beynəlxalq dairələrin sükutundan, insan haqlarına etinasızlığından qaynaqlanır. 
 
Ziyayi həmçinin fəaliyyətini 90 il öncə başlayan İranın Qırmızı Aypara Cəmiyyətini dünyadakı ən güclü cəmiyyətlərdən biri adlandırıb və deyib: "İnsanların İranın Qırmızı Aypara Cəmiyyətinin vəzifə və potensiallarını tanıması bu cəmiyyətin humanitar məqsədləri artırmasına böyük təsir göstərib. Bu sahədə mediaların da təsirli rolu var." 
 
Qeyd edək ki, dünən İranın Qırmızı Aypara Cəmiyyətinin xilas gəmisi 2500 ton humanitar yardımla Bəndər Abbas limanından Yəmənə doğru hərəkət edib. 
 
"Vəlfəcr" gəmiçilik şirkətinin ticarət məsələləri üzrə müavini kapitan Məcid Səcdə deyib ki, 2100 tonluq "Şahid" gəmisinin yükü düyü, konservləşdirilmiş ərzaq maddələri və dərmandır. İranın Qırmızı Aypara Cəmiyyətinin və bəzi ölkələrin xilasedicilərindən ibarət 40-60 nəfər Yəmənə ezam olunub.

Google+ WhatsApp ok.ru