İranın Qum şəhərindən Kərbəlaya ilk qatar bu tarixdə hərəkət edəcək

İranın Qum şəhərindən Kərbəlaya ilk qatar bu tarixdə hərəkət edəcək

Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti günlərində İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) ziyarətinə getmək istəyən  zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədilə İranın Qum şəhərindən Kərbəlaya ilk qatar oktyabrın 30-da hərəkət edəcək.  
 
Maide.Az xəbər verir ki, bunu İranın Qum əyalətinin Dəmir Yolları İdarəsinin rəisi Möhsin Etimad  deyib. 
 
M.Etimad deyib ki,  qatar sərnişinləri  Şələmçə sərhəd buraxılış məntəqəsinədək daşıyacaq və oradan Bəsrəyə kimi sərnişinlər avtobusla və Bəsrə şəhərindən isə yenidən  Kərbəla şəhərindək qatarla daşıancaqlar. 
 
Onun sözlərinə görə,  qatarla Kərbəlaya gedəcək sərnişinlər 30 saat ərzində bu müqəddəs şəhərə çatacaq. “Qum şəhərindən Kərbəlaya gedən sərnişinlər üçün  qatarın biletinin qiyməti 190 min tümən  (təqribən 85 manat)  təşkil edir.”
 
Qeyd edək ki, bundan öncə İraqın Dəmir Yolları İdarəsi elan etmişdi ki,  tezliklə İraqın cənubundan mərkəzinə (Bəsrə şəhərindən Kərbəla şəhərinə) sərnişin qatarı xətti açılacaq.
 
Bildirilmişdi ki, Bəsrə və Kərbəla arasında sərnişin qatarı həftədə 2 dəfə hərəkət edəcək. Belə ki, qatar həftənin  çərşənbə günü yerli vaxtla 22:00-da Bəsrədən Kərbəlaya hərəkət edəcək və  həftənin şənbə günü isə saat 22:00-da geri dönəcək. 
 
Zəvvarlara xidməti podratçı şirkət həyata keçirəcək. Zəvvarları  Kərbəla stansiyasından İmam Hüseyn (ə) və Həzrət Əbulfəzl Abbasın (ə) hərəminə daşımaq üçün avtobuslar xidmət göstərəcək.
 
 

 

Google+ WhatsApp ok.ru