İranın Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçirilir - FOTO

İranın Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçirilir - FOTO

Bu gün Müqəddəs Qum şəhərində  17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransınsı öz işinə başlayıb.
 
Maide.Az  xəbər verir ki, konfransda İran parlamentinin sədr müavini Əli Nikzad, Azərbaycan Respublikasının İran İslam Respublikasıdakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, İranın Dini elmi-hövzələrinin sədri Ayətullah Əlirza Ərafi,  Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti, İranın Xarici işlər nazirinin müavini Abbas Əraqçi, İran Məsləhət Şurasının katibi Möhsün Rzayi və  digər qonaqlar iştirak edir.
 
Azərbaycan nümayəndə heyətini konfransda ruhanilər Hacı İlqar İbrahimoğlu və Sərdar Hacıhəsənli təmsil edir. 
 
Konfransda İran, Azərbaycan, Türkiyə, Gürcüstan və sair ölkələrdən qonaqlar iştirak edirlər.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru