İranın raket zərbəsi nəticəsində yaralanan ABŞ hərbçilərinin sayı azı 64 nəfərdir

İranın raket zərbəsi nəticəsində yaralanan ABŞ hərbçilərinin sayı azı 64 nəfərdir

İranın ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri zamanı yaralanan Amerika hərbi qulluqçuların sayı 64 nəfərdir. 
 
Maide.Az “Report”a istinadla  xəbər verir bu barədə məlumatlı mənbələrə istinadən CNN bildirib.
 
Zərərçəkənlərə yüngül kəllə-beyin travmaları diaqnozları qoyulub. Yaralanmış 64 nəfərdən 39-u artıq xidmətə qayıdıb.
 
Daha əvvəl Pentaqonun rəsmi nümayəndəsi general-polkovnik Tomas Kempbell hücum zamanı 50 nəfərin xəsarət aldığını bildirib.  
 
 ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın bazalara endirdiyi zərbələr nəticəsində zərərçəkənlərin olmadığını demişdi, daha sonra isə hərbçilərdə kəllə-beyin travmasının qeydə alındığını etiraf edib.
 
Xatırladaq ki, İran şəhid Qasim Sülymaninin qisasını almaq məqsədilə yanvar ayında ABŞ  bazalarına raket zərbələri endirib.  Raket zərbələri iranlı general Qasim Süleymaninin öldürüldüyü saatda həyata keçirilib. 
 
Sepah elan edib ki, bu hücum  şəhid Süleymaninin döyüş yoldaşlarının "ağır qisas"sının ilk mərhələsidir. 
 
 

Google+ WhatsApp ok.ru