İranın Silahlı Qüvvələri ölkənin şimal-qərbində 12 terrorçunu məhv etdi

İranın Silahlı Qüvvələri ölkənin şimal-qərbində 12 terrorçunu məhv etdi

 
İranın Kəşfiyyat və Milli Respublikasının Nazirliyindən bildiriblər ki, hökümət qüvvələri ölkənin şimal-qərb hissəsində 12 terrorçunu məhv ediblər.
 
Rusiya KİV-lərinə istinadən verilən xəbərə görə, Serdşet rayonunda məhv edilən terrorçuların üzərindən müxtəlif silahlar götürülüb.
 
"12 nəfərdən ibarət silahlı qrup ölkə daxilində müxtəlif cinayətlər törətməyə hazırlaşırdı. Bu terrorçular Səudiyyənin dəstəyi ilə fəaliyyət göstəriblər. Terrorçu qrup zərərsizləşdirilib", - deyə İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər. (deyerler.org) /

Google+ WhatsApp ok.ru