İran nüvə məsələsinə dair razılaşmanın Sergey Lavrovun iştirakı ilə elan edilməsini istəyir

“”Altılıq” ölkələri ilə razılaşma bütün xarici işlər nazirlərinin, o cümlədən Sergey Lavrovun iştirakı ilə təqdim olunmalıdır”.
 
Bunu İran nümayəndə heyətindəki mənbə bildirib.
 
“Sergey Lavrovun burada, razılaşmanın təqdimatında iştirakı düzgün olardı. Mən hesab edirəm ki, anlaşmanın baş tutacağı təqdirdə, onun da iştirakı vacibdir”, - deyə mənbə söyləyib.

Google+ WhatsApp ok.ru