İran nüvə razılaşmasının bəzi tələblərinin icrasını dayandırıb 08 May 2019 09:30 Dünya İran bu gündən etibarən nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi tələblərinin icrasını dayandırıb. Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran Milli Ali Şurasının bəyanatında bildirilir. Məlumata görə, İran hazırkı mərhələdə zənginləşdirilmiş uranın və ağır suyun saxlanılmasına dair tətbiq olunan məhdudiyyətlərin icrası ilə bağlı öhdəlik daşımır. Bəyanatda Hərtərəfli Birgə Fəaliyyət Planını imzalayan ölkələrə sazişə əsasən bank və neft sahəsində üzərilərinə götürdükləri öhdəlikləri icra etmək üçün 60 gün vaxt verilir. Bəyanatda həmçinin vurğulanır ki, İranın tələbləri təmin olunacağı təqdirdə icrasını dayandırdığı öhdəliklərə əməl etməyə davam edəcək. Bəyanatda İranın bu günədək tərəflər arasında əldə olunmuş razılaşmaya əməl etdiyi, amma ABŞ-ın sazişi tərk etməsindən sonra digər ölkələrin öz öhdəliklərinin icrasını dayandırdığı bildirilir. Vurğulanır ki, ABŞ-ın həmin ölkələrə hədə-qorxusu və təzyiqi səbəb olub ki, sazişdə qeyd olunan öhdəçiliklər yerinə yetirilməsin. Bu səbəbdən İran öz növbəsində sazişdə göstərilən bəzi öhdəçilikləri yerinə yetirməkdən imtina edir. İranın bu addımı sazişdən çıxmaq yox, elə sazişin iki maddəsinə əsasən atılır. Belə ki, həmin maddələrdə tərəflərdən kimsə sazişə əməl etmədiyi təqdirdə qarşı tərəf qismən yaxud tam olaraq sazişdəki öhdəçilikləri yerinə yetirməməyə hüququ çatır. Qeyd edək ki, İran bu bəyanatı 4+1 ölkələrinin (Almaniya, İngiltərə, Çin, Rusiya və Fransa) səfirlərinə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə təqdim edib. Teqlər : #İran,#nüvə,#razılaşmasının,#bəzi,#tələblərinin,#icrasını,#dayandırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada plastik qablardan istifadə qadağasına hazırlaşır Pakistanda partlayış: 9 ölü, 24 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO