İran nüvə fəaliyyətlərini sürətləndirəcək

İran nüvə fəaliyyətlərini sürətləndirəcək

İran Parlamenti nüvə fəaliyyətlərinin sürətləndirilməsini nəzərdə tutan qanun layihəsini açıqlayıb.
 
 Layihənin qanuna çevrilməsi üçün Konstitusiyaya Nəzarət Şurasından son təsdiq alınmalıdır.
 
İran dövlət televiziyasının xəbərinə görə, “İran millətinin sanksiyaların ləğvi və mənafelərinin qorunması üçün strateji fəaliyyət planı” adlanan layihənin xülasəsi 290 nəfərlik parlamentdə 251 səslə təsdiqlənib.
 
Parlament tərəfindən qəbul edilən qanun layihəsinin Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiq olunması və bir qanuna çevrilməsi halında, İranın Atom Enerjisi Təşkilatı uranı ən azı 20% zənginləşdirməyə başlayacaq və aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarını artıra biləcək.
 
Layihə, həmçinin nüvə sazişi tərəflərinin qanun layihəsinin son təsdiqlənməsindən sonra iki ay ərzində İranın bank əlaqələrini və neft ixracatını normallaşdırmaq üçün addımlar atmadığı təqdirdə, 2016-cı ildən bəri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində həyata keçirilən Əlavə Protokoldan könüllü çıxmağı tələb edir.
 
Əlavə Protokola əsasən, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) müfəttişlərinə istənilən vaxt İranın nüvə obyektlərini yoxlamağa icazə verirdi. Tehran administrasiyasının Əlavə Protokoldan çıxması MAQATE müfəttişlərinin yoxlanışının məhdudlaşdırılacağı deməkdir./deyerler.org/

Google+ WhatsApp ok.ru