İranın vasitəçiliyi ilə Suriyanın bəzi bölgələrində atəşkəs elan edildi

Fua, Kafarya, Zabadani və Mədayada atəşkəs elan edilib  
İslamazeri.az-ın Suriya mediasına istinadən verdiyi xəbərinə görə, Suriyanın şimalında yerləşən İdlib vilayətinin Fua və Kafarya bölgələrində İranın vasitəçiliyi ilə atəşkəs razılaşması əldə edilib.
Razılşamaya əsasən Zəbadani və Mədayədə Suriya ordusu və Hizbullahın əməliyyatları dayandırılacaq. 25 bəndən ibarət olan razılaşmaya əsasən Fua və Kafarya şəhərindən 10 min vətəndaşın təxliyyə edilməsi müqabilində Zəbədani və Mədayədən terrorçuların Suriya ərazisindən və yaxud birbaşa Türkiyə ərazisinə "Nusra Cəbhəsi" və "Əhraruş Şam" terrorçuların keçməsinə icazə veriləcək. Şərtlərə əməl olunacağı təqdirdə Fua, Kafarya, Binniş, Təftanaz və Mərat Misrin ərazislərində 6 aylıq atəşkəs davam edəcək.
Qeyd edək ki, bir neçə gün öncə "Nusra Cəbhəsi" və "Ceyşul Fəth" terror koalisiyası intensiv olaraq İdlib vilayətinin şiə şəhərləri olan Fua və Kafraya istiqamətində hücumlara başlayıb. Ağır döyüşlər nəticəsində 100-ə yaxın terroçu məhv edilib. Fua və Kafaryada qadın və uşaqlar da daxil olmaqla 50-dən artıq mülki vətəndaş həyatını itirib. Terrorçular verdikləri ağır itkilərdən sonra atəşkəs danışıqlarına razılıq veriblər.  /
 

Google+ WhatsApp ok.ru