İranın xarici işlər naziri Səudiyyə Ərəbistanını birgə fəaliyyətə çağırıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regionda sülhə nail olmaq üçün Səudiyyə Ərəbistanını birgə fəaliyyətə çağırıb.
 
Maide.az xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransında çıxış edən Zərif  region ölkələrini ixtilafları bir qırağa qoymağa çağırıb.
 
O deyib ki, İran Səudiyyə Ərəbistanla əməkdaşlıq etməyə hazırdır, düşünürəm İranla Səudiyyə Ərəbistanının Suriyada müştərək maraqları ola bilər, birgə əməkdaşlıq etməliyik.
 
M.C.Zərif çıxışında  “təriqətçilik probleminə” toxunub və deyib ki, bu məsələ bizim hamımız üçün təhlükədir. “Bizim müştərək imkanlar, müştərək problemlər, müştəərk təhlükələr və yaxşı gələcəyimiz var. Bu günki dünyada kiminsə udacağı və kimiinsə uduzacağı oyun yoxdur, bizim hamımız aydın qaydaları qəbul etməklə müzakirə etməliyik”
 
M.C.Zərif  deyib ki, region ölkələr müştərək təhlükə ilə üz-üzədir. “Bu təhlükə bizim Türkiyədə, Səudiyyə Ərəbistanda, Pakistanda , Əfqanıstanda və Orta Asiya ölkələrindəki qardaşlarımız üçün problem yaradıb.”
 
Zərif region ölkələrində istəyib ki, öz modellərini dəyişsinlər. “Biz bu modeli dəyişməliyik, sizi əmin edirəm ki, İran bunun üçün hazırdır.” /
 

 

Google+ WhatsApp ok.ru