İranın XİN başçısı: `ABŞ nüvə sazişinin müddəalarını pozub`

İranın XİN başçısı: `ABŞ nüvə sazişinin müddəalarını pozub`

ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxacağı halda İran öz hərəkətlərini konkret siyasi vəziyyətdən asılı olaraq müəyyənləşəcək. Onu əvvəlcədən proqnozlaşdırmaq olmaz.
 
Bu barədə çərşənbə günü Nyu-Yorkda keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
 
"Əgər ABŞ müqavilədən çıxacaqsa, onda bu İranın da ondan çıxmaq üçün qərarına əsas olacaq. Lakin bizim qərarımıza təsir göstərəcək əlavə aspektlər var", - deyə Zərif vurğulayıb. Onun sözlərinə görə, bu aspektləri "həmin anda siyasi vəziyyət" və Avropa ölkələrinin mövqeyi olacaq.
 
İranın XİN başçısı ABŞ prezidenti Donald Trampın administrasiyasının İranla nüvə sazişindən çıxmağa risk edəcəyi halda ciddi strateji səhv edəcəyini açıqlayıb. "ABŞ müqavilədən çıxmaqla dünyaya daha etibarlı tərəfdaş olmadıqları barədə siqnal göndərəcəklər. ABŞ onsuz da gələcəkdə bir daha sübut etməli olacaq ki, onlara inanmaq olar", - nazir bildirib.
 
Bununla yanaşı Cavad Zərif artıq Vaşinqtonun addımlar atdığını və Tehranla nüvə sazişinin bəzi müddəaları pozduğunu qeyd edib
 
Amerika tərəfinin Tehranın BHFP-nı pozur iddialarını şərh edərkən, Zərif bildirib ki, "ABŞ ilk növbədə sazişin hərfinə riayət etmir. Prezident Trampın BMT Baş Assambleyasındakı ...bəyanatı sazişin 26, 28 və 29 nömrəli müddəalarını pozub".(islaminsesi) /

Google+ WhatsApp ok.ru