İran Omana hərbi gəmilərini göndərdi

İran Omana hərbi gəmilərini göndərdi

İran mətbuatı körfəz ölkələri ilə Qətər arasında baş verən gərginlik səbəbilə Tehrandan Omana 2 döyüş gəmisi göndərdiyini xəbər verib.
 
Buşəhr və Əlborz esmineslərindən ibarət 47-ci donanma Bəndər Abbas limanından Omana doğru yola çıxıb.
 
Gəmilər Omandan Ədən körfəzinə və Hind okeanının şimalındakı beynəlxalq sularla hərəkət edəcək.
 
Farsnews-a danışan donanma komandanı vitse-admiral Həbibullah Sayyari belə deyib: "Bu gün Ədən körfəzində nəzarət altında saxlanılan təhlükəli bir atmosfer mövcuddur. 4 mindən artıq neft tankeri və yük gəmisinin neft və qeyri-neft idxal və ixrac fəaliyyəti üçün təhlükəsiz keçidini müşayiət etdik". (deyerler) /

Google+ WhatsApp ok.ru