İran orbitə hərbi peyk buraxıb - FOTO

İran orbitə hərbi peyk buraxıb - FOTO

Hərbi peyk, bu gün səhər İranın Mərkəzi səhrasından uğurla buraxılıb.
 
Maide.Az “Mehr” agentliyinə istinadla xəbər verir ki,  İran Islam Inqilabı Keşikçilər  Korpusu  (Sepah)   tərəfindən orbitə  buraxılan  ilk  hərbi peykin adı "Nur"dur.  Peyk “Qasid”  peyk daşıyan  raketi ilə yerin 425 kilometrliyində yerləşdirilib.
 
Məlumatda  bildirilir ki, Sepahın  bu  addımı İran İslam Respublikası üçün  kosmos sahəsində  yeni və böyük  nailiyyət hesab olunur.
 
Qeyd edək ki, İran kosmosa ilk peykini 2009-cu ildə buraxıb.  İslam İnqilaıbın  30-cu il dönümü münasibətilə orbitə buraxılan ilk peyk elmi məqsədlər, məsələn, ətraf mühitlə bağlı informasiya toplamaq üçün hazırlanmışdı.
 
 

Google+ WhatsApp ok.ru