İran ordusu genişmiqyaslı təlim keçirəcək

İran ordusu genişmiqyaslı təlim keçirəcək

İranda sentyabrın 10-da “Zülfüqar-99 ” şərti adı ilə irimiqyaslı hərbi təlimlər başlayacaq. 
 
Maide.Az "Tasnim" agentliyinə istinadla xəbər verir ki,  bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Həbibullah Səyyari deyib. 
 
H.Səyyari deyib ki, təlimlərdə ordunun bütün qüvvələri o cümlədən Hərbi Hava Qüvvələri,  Hərbi Dəniz Qüvvələri,  Hava Hücumundan Müdafiə Qüvvələri  və Quru Qoşunları  iştirak edəcək.
 
“Müştərək təlimlər 2 milyon kvadrat kilometr ərazidə Hörmüz boğazının  şərqi,  Mekran sahilləri, Oman və Hind Okeanında keçiriləcək.”
 
Onun sözlərinə görə, 3 günlük təlimlərdə İran istehsalı olan “Simorğ” pilotsuz təyyarəsi və Camaran gəmiləri iştirak edəcək.
 

Google+ WhatsApp ok.ru