İran parlamentinin fövqəladə iclası keçirilib

İran parlamentinin fövqəladə iclası keçirilib

İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumla əlaqədar İran parlamenti fövqəladə iclasa yığışıb.  
 
APA-nın Tehran bürosunun məlumatına görə, qapalı keçirilən fövqəladə iclasda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də iştirak edib.  
 
Parlamentin Rəyasət Heyətinin sözçüsü Behruz Neməti toplantı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Ə. Şəmxani İraq Kürdüstanında keçirilən referendum və bölgədə bununla bağlı baş verən hadisələrə dair çıxış edib və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib: “Məsələlər müzakirə yolu ilə həll olunmalıdır. İraqın ərazi bütövlüyü ölkə Konstitusiyası və beynəlxalq müqavilələrə əsasən qorunmalıdır”.
 
Toplantının yekunları əsasında bəyanat qəbul edilib. Bəyanatda İraqın parçalanmasına yönəlmiş referendumu pislənib. Millət vəkilləri İraq mərkəzi hökumətini dəstəklədiklərini bildiriblər.
 

Google+ WhatsApp ok.ru