İran parlamentinin nümayəndəsi: “İranla Azərbaycan hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq edə bilər”

İran parlamentinin nümayəndəsi: “İranla Azərbaycan hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq edə bilər”

“İranla Azərbaycan hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq edə bilər”.
 
Bunu İran parlamentinin  milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni deyib.
 
“İki ölkə arasında mədəni, tarixi bağlar var. Buna görə iki ölkə arasında əməkdaşlıq daha da inkişaf etdirilməlidir. İki ölkə siyasi və iqtisadi əməkdaşlıqla yanaşı hərbi-təhlükəsizlik sahəsində də əməkdaşlıq edə bilər”, - deyə o vurğulayıb.
 
H. Hüseyni bildirib ki, Azərbaycan İranın önəmli qonşularındandır, iki ölkə arasında mövcud əməkdaşlıq yaxşı səviyyədədir. (apa) /

Google+ WhatsApp ok.ru