İran parlamentinin üzvü: Bizim ürəyimiz Azərbaycan xalqının yanındadır

“Azərbaycanın bir tərəfli atəşkəs elan etməsi təqdirə layiq və qəhrəmancasına atılmış bir addımdır”.   Bunu APA-ya İran parlamentinin Ərdəbil əyalətindən olan nümayəndəsi Kəmaləddin Pirmüəzzin deyib.

O, qarşı tərəfin də vəziyyətin stabilləşməsinə yardım edəcəyinə ümid etdiyi bildirib.

“Bütün iranlılar, xüsusi ilə Azərbaycan əyalətlərində məskunlaşan əhali hər iki tərəfi təmkinli olmağa və vəziyyəti sabitləşdirməyə çağırır. Bizim ürəyimiz Azərbaycan xalqının yanındadır. Digər ölkələrin  münaqişə tərəflərini qızışdırmağa çalışması yolverilməzdir, onların belə addımları bölgədə yeni bir müharibənin başlanmasına xidmət edir”-  deə, o, əlavə edib./

Google+ WhatsApp ok.ru