İran polisi ölkənin cənub-şərqində bir terror qrupunu zərərsizləşdirib

İran polisi ötən gün ölkənin Pakistanla sərhəddi yaxınlığında yerləşən Səravan şəhəri ərazisində bir terror qrupunu zərərsizləşdirib. 
 
Maide.az-ın məlumatına görə, terror qrupu ilə polis qüvvələri arasında baş verən atışmadan sonra qrupun üç üzvü ələ keçib. Mənbə burada çoxlu sayda silah-sursat və bombaların da ələ keçdiyini yazıb.
 
həbs olunan qrupla bağlı əlavə məlumat verilməyib. /
 

Google+ WhatsApp ok.ru