İran prezidenti: `Ümid edirəm ki, regionda mövcud problemləri həll edəcəyik`

İran prezidenti: `Ümid edirəm ki, regionda mövcud problemləri həll edəcəyik`

-- Mart ayının 29-da Bakıda Azərbaycan-İran iqtisadi forumu keçiriləcək.

"Ümid edirəm ki, regionda mövcud olan problemləri həll edəcəyik və daha çox sabitlik yaranacaq".
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani bu gün Bakıya səfəri öncəsi jurnalistlərə verdiyi açıqlamada deyib. H.Ruhani deyib ki, İranın region ölkələri ilə siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əlaqələrinin qurulması çox önəmlidir: “Bu səbəbdən yeni günəş ilinin başlanğıcında regionun üç önəmli ölkəsinə səfər edəcəyəm. Ümid edirəm ki, bu səfərlər İran və qonşu ölkələr arasında əlaqələri daha da möhkəmləndirəcək, regionda daha çox sabitlik yaratmaq məqsədilə mövcud problemlərin həllinə yardım edəcək”.
 
H. Ruhani deyib ki, tezliklə Türkiyədə Türkiyə, Rusiya və İran dövlət başçılarının iştirakı ilə Suriyadakı təhlükəsizilik məsələsi, Suriyaya humanitar yardımlar və bu ölkənin gələcəyinə həsr olunmuş iclas keçiriləcək.
 
Qeyd edək ki, H.Ruhani martın 27-də Türkmənistana, 28-də Azərbaycana səfər edəcək. Mart ayının 29-da Bakıda Azərbaycan-İran iqtisadi forumu keçiriləcək.
 

Google+ WhatsApp ok.ru