İran prezidenti Ayətullah Xameneiyə müraciət edib

 İran İslam Respublikası prezidenti Həsən Ruhani Ali Lider Ayətullah Xameneiyə məktub ünvanlayıb. 
Maide.az xəbər verir ki, Həsən Ruhani bazar günü Ayətullah Xameneiyə müraciətində İran və Altılıq ölkələri ilə nüvə müzakirələri məsələsi ilə bağlı bildirib ki, hökumət beynəlxalq qüdrətlərlə müzakirələrdə və bütün beynəlxalq münasibətlərində özünü ölkənin müstəqilliyinin və milli mənafeyin müdafiəçisi hesab edir və var gücü ilə əziz xalqın izzəti və başıucalığını müdafiə edib və edəcək.
H.Ruhani deyib ki,müzakirələrin bu mərhələyə qədər böyük nailiyyəti dünyanın ümumi fikrinin İranla anlaşmaya maraq göstərməsi, beynəlxalq qüdrətlərin etirafı ilə İranın haqlı olaraq nüvə texnologiyasının inkişaf etdirilməsi və qorunması olmuşdur. 
İran prezidenti bu məktubda beynəlxalq təzyiqlər və regional problemlərə də toxunub. "Xalqın səyi ilə İranın sanksiya şəraiti bu xalqın iqtisadi müqavimət səhnəsinə çevriləcək, inflyasiyanın qarşısının alınması və iqtisadi inkişafın başlanması ilə sanksiyaların təsirsiz olduğu sanksiya tətbiq edənlərə aydınlaşacaq və  onları hədələrdən əl çəkib məntiqli müzakirələr aparmağa  məcbur edəcək."/

Google+ WhatsApp ok.ru