İran prezidenti Azərbaycana gəlir

İranın rabitə və informasiya texnologiyaları naziri, həmçinin Azərbaycan və İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyanın həmsədri Mahmud Vaezi iki ölkənin hökumətinin İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin hazırlığına başladığını bildirib. 
 
İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri bu ilin payızına nəzərdə tutulub.
 
Tərəflər iki ölkənin işgüzar dairələrinin daha çox sıx əməkdaşlığı üçün uyğun olan şərtlərin yaradılması üzrə işi həyata keçirir və investisiyaların qarşılıqlı müdafiəsi haqqında razılaşmanın yeni layihəsini hazırlayır.
 
İran tərəfi Azərbaycan-İran ticarət palatasının yaradılması haqqında təkliflə çıxış edib.

Google+ WhatsApp ok.ru