İran prezidenti Məkkədə baş verən faciəyə görə Səudiyyə Ərəbistanını günahlandırıb

İranın prezidenti Həsən Ruhani Məkkədə baş verən faciəyə  görə Səudiyyə Ərəbistanını günahlandırıb.
 
Bu barədə İran lideri BMT-nin Baş Assambleyasındakı çixışı zamanı bildirib.
 
Onun sözlərinə görə, yüzlərlə insanın ölümünə səbəb səriştəsizlik və bərbad təşkilatçılıq olub.
 
“Səriştəsizlik və adi idarəetmənin yoxluğu Səudiyyə Ərəbistanında yüzlərlə insanın ölümünə səbəb olub”, deyə H.Ruhani vurğulayıb.
 
Onun sözlərinə görə, indiyədək cəsədlərin hamısını tanımaq mümkün olmayıb. Yüzlərlə insan itkin düşmüş hesab edilir. Qeyd edək ki, Məkkədə izdiham zamanı 769 zəvvar ölüb, onlardan 169-u İran vətəndaşlarıdır. 

Google+ WhatsApp ok.ru