İran prezidentinin Bakıya səfərinin tarixi məlum olub

İran prezidentinin Bakıya səfərinin tarixi məlum olub

-- Novruz bayramından bir həftə sonra...

İran prezidenti Həsən Ruhani bu ilin mart ayında Azərbaycana səfər edəcək.
 
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər Novruz bayramından bir həftə sonra, martın 29-da gözlənilir.
 
Qeyd edək ki, İran prezidentinin səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrinə aid məsələlər müzakirə olunacaq. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq. 
 

 

Google+ WhatsApp ok.ru