İran prezidentinin birinci müavini Qəzvin-Rəşt dəmir yolunda tikinti işləri ilə tanış olub

İran prezidentinin birinci müavini Qəzvin-Rəşt dəmir yolunda tikinti işləri ilə tanış olub

İran prezidentinin birinci müavini İshaq Cahangiri Şimal-Cənub dəhlizi çərçivəsində tikilən dəmir yoluna baxış keçirib.

İranın yol və şəhərsalma naziri Abbas Axundi, proqramlaşdırma və büdcə təşkilatının sədri Məhəmmədbaqir Nobəxt, Gilan əyalətinin başçısı Məhəmmədəli Nəcəfi və digər rəsmilər ilə birlikdə Gilan əyalətində dəmir yoluna baxış keçirən İ.Cahangiri işlərin sürətləndirilməsinin zəruriliyini vurğulayıb.
 
O deyib ki, Qəzvin-Rəşt dəmir yolu Ənzəli, Astara və Azərbaycan dəmir yoluna birləşdirilməlidir. İ.Cahangiri dəmir yolunun önəmindən danışıb və bu layihənin gecikməsinin maliyyə vəsaiti çatışmazlığı ilə əlaqələndirib: “Biz Qəzvin-Rəşt dəmir yolunun tez bir zamanda istifadəyə verilməsində maraqlıyıq.  Lakin büdcə çatışmazlığı bəzən ölkənin önəmli layihələrini ləngidir.  Rəşt dəmir yolu Ənzəli, Astara və oradan da Azərbaycan dəmir yoluna birləşdirilməlidir. Qəzvin-Rəşt layihəsində hazırda 95 faiz işlər tamamlanıb.”
 
İ.Cahangiri həmçinin Şimal-Cənub layihəsi çərçivəsində Qəzvin-Rəşt-Astara dəmir yolunun Gilan əyalətindən keçəcəyini xatırladıb və bu əyalətin regionda və sərhədlərdən kənardakı rolundan danışıb. O bildirib ki, Gilan həm ölkənin əyalətlərini bir-birinə birləşdirməkdə və həm də regionda birləşdirici bir rol oyana bilər.
 
Qeyd edək ki, Qəzvin-Rəşt- Ənzəli- Astara  dəmir yolunun uzunluğu 388 kilometrdir. Bu dəmir yolu Şimal-Cənub dəhlizi çərçivəsində gediş-gəlişi və yük daşımalarını asanlaşdıracaq. Dəmir yolu Qəzvin şəhərindən başlayır Luşan, Mincil, Rəşt, Bəndər Ənzəli, Astara şəhərlərindən keçərək Azərbaycan dəmir yoluna birləşəcək.
 
Xatırladaq ki, Qəzvin-Rəşt dəmir yolu (164 km) prezident H.Ruhaninin birinci prezidentliyi dövrünün sonunadək tamamlanmalı idi. Lakin vəsait çatışmadığından işlər nəzərdə tutulan vaxtda başa çatmayıb. Hazırda  bu dəmir yolundan 123 kilometrlik məsafəyə relslər döşənib və qalan hissədə işlər tamamlanmaq üzrədir. Rəsmilərin sözlərinə görə, layihə 3 aya kimi tamamlanacaq və Qəzvin dəmir yolu Rəşt dəmir yoluna birləşəcək. (apa) /

iran prezidentinin birinci muavini qezvin rest demir yolunda tikinti isleri ile tanis olub

iran prezidentinin birinci muavini qezvin rest demir yolunda tikinti isleri ile tanis olub

Google+ WhatsApp ok.ru