İran prezidentinin qaynanası vəfat edib -Yenilənib

(Ruhanin anası ifadəsi  qaynanası ifadəsi ilə dəyişdirilib)
İran prezidenti Həsən Ruhaninin qaynanası Sara Xatun  Peyvəndi martın 19-da 86 yaşında vəfat edib. 
Maide.az xəbər verir ki, prezident Ruhaninin qaynanası bir ay öncə böyrəyində yaranmış problemlərə görə, xəstəxanada yatızdırılmışdı. O, bazar günü dəfn olunub. Həftənin dördüncü  günü isə prezident Ruhaninin qaynanasının anım mərasimi Tehranda  keçiriləcək.
İranın bir çox  saytları prezident Ruhaninin qaynanasının vəfatı ilə  bağlı xəbəri ötən axşam yayımlayıblar. Həmçinin bəzi İran saytları bundan öncə xanım Peyvəndinin prezident Ruhaninin anası kimi təqdim etmişdilər. /
 

Google+ WhatsApp ok.ru