İran prezidenti sanksiya dövrünün bitdiyini açıqlayıb

İran Prezidenti ölkənin sənaye və iqtisadiyyat sahələrində əldə etdiyi inkişaflarla artıq sanksiya tətbiq etmək və təzyiq qurmaq dövrünün bitdiyini vurğulayıb.
 
Maide.az xəbər verir ki, Cənubi Pars qaz sahəsinin 12-ci fazasının açılış mərasimində iştirak edən İran prezidenti dövlətin Müqavimət İqtisadiyyatını tətbiq etməyə böyük əhəmiyyət verdiyini və bu məsələdə fərqli layihələri olduğunu bildirib. Bu gün açılışı keçirilən layihənin də Müqavimət İqtisadiyyatı çərçivəsində reallaşdığını bildirən Ruhani, "dövlətimiz tətbiqləri ilə Müqavimət İqtisadiyyatı proqramlarını reallaşdırmaq məsələsində müəyyən planları olduğunu sübut edibdir" - deyib.
 
Ruhani açıqlamasının davamında Lozanna şəhərində davam edən nüvə müzakirələrinə də diqqət çəkərək, "Müzakirələrdəki qarşı tərəflərə sanksiyaların müzakirə masasına əyləşməyimizə səbəb olmadığını qeyd etməliyik. İran müzakirələrin həm İran və həm region və P5+1 ölkələri üçün faydalı olacağı səbəbi ilə danışıqlara qatılıb və sanksiyalar müzakirə masasına əyləşməyimizə səbəb olmadı" söyləyib.

Google+ WhatsApp ok.ru