İran Qətərə kömək təklif etdi - FOTO

İran Qətərə kömək təklif etdi - FOTO

İran Qətərə bütün növ qida məhsullarını ixrac etməyə hazırdır.
 
Maide.Az xəbər verir ki, bunu İranın aqroməhsulların ixracı üzrə Assosiasiyasının rəhbəri Reza Nurani deyib. 
 
“Fars körfəzi ölkələrinin qoyduğu qadağadan sonra biz Qətərə bütün növ qida məhsullarını ixrac etməyə hazırıq”, - o deyib.
 
Xatırladaq ki, bazar ertəsi, iyunun 5-də, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Misir və bir sıra digər ölkələr rəsmi Dohanı terrorçulara dəstək verməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri kəsib.
 
Səudiyyə Ərəbistanı Qətərlə öz sərhədini bağladığı üçün Qətərlə sərhəddə bu ölkəyə ərzaq məhsulları daşıyan yük avtomobillərinin uzun növbəsi yaranıb.  
 
Son məlumata görə, Kuveyt kralı Qətər və Ərəb ölkələri arasında gərginliyi yumşaltmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürüb. 
 
 
Ötən gün Ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələrinin kəsilməsinin ardınca  Qətərdə insanlar  supermarketlərə hücum çəkib və  ərzaq məhsullarını ifrat həddə  alıb.  
 

Google+ WhatsApp ok.ru